ABŞ-da keçiriləcək ilk La Liqa oyununun vaxtı müəyyənləşdi
14 Sentyabr 2018 15:09 İdmanİspaniya La Liqasının prezidenti Xavyer Tebas ABŞ-da keçiriləcək "Barselona" - "Jirona" matçının məkanını açıqlayıb.
Sözügedən oyun Mayamidə reallaşacaq. Qarşılaşma yanvarın 26-da baş tutacaq.
Beləliklə, tarixdə ilk dəfə La Liqa oyunu İspaniyadan kənarda keçiriləcək.
Qeyd edək ki, "Relevent Sports"la 15 illik müqavilə bağlayan La Liqa ABŞ və Kanadada bəzi oyunların keçiriləcəyilə bağlı razılıq əldə edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31