Balotelli artıq çəkisinə görə Fransa klubunun heyətindən kənarlaşdırılıb

İtaliya milli komandasının futbolçusu Mario Balotelli Fransanın "Nitsa" klubunun heyətindən müvəqqəti kənarlaşdırılıb. 

Səbəb 28 yaşlı hücumçunun yığma düşərgəsindən artıq çəki ilə qayıtmasıdır. Onun çəkisi 100 kq-dan da artıq olub. Təcrübəli forvard Fransa çempionatının V turunda "Renn" komandası ilə səfər matçında iştirak etməyəcək.

Qeyd edək ki, Mario Balotelli ötən mövsüm Fransa çempionatında 28 oyuna 18 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31