Azərbaycan Qran-Prisinin müddəti uzadılır
13 Sentyabr 2018 17:30 İdmanAzərbaycan Qran-Prisinin müddətinin uzadılması ilə bağlı danışıqlara başlanılıb.
Bu barədə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
BŞH rəsmisi vurğulayıb ki, FIA ilə bağlanılacaq yeni müqavilənin müddəti bilinmir:
"Hazırda 2025-ci ilədək müddəti əhatə edən yeni müqavilə ilə bağlı danışıqlar gedir. Ancaq ola bilsin ki, müqavilənin müddəti üç illik də olsun".
Bu mövsüm Azərbaycan Qran-Prisinin titul sponsoru da ola bilər:
"Çalışırıq ki, Azərbaycan Qri-Prisinin ana sponsoru da olsun. Bunun üçün dünyada tanınan şirkətlər olmalıdır. Yəni həmin şirkətlər tək Azərbaycan çərçivəsində tanınmamalıdır".
Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan Qran-Prisinin 26-28 apreldə təşkili nəzərdə tutulub.