Gömrükçülərimiz Ermənistan komandasını darmadağın edib

Belarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü sentyabrın 12-də  Ermənistan komandası ilə baş tutub.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

Komitədən "Olaylar"a verilən məlumata görə, qollardan ikisini Vüsal İsayev vurub. Kamil Hacıyev və Orxan Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib.Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub. Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək. Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir. Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31