Əslində 2 xal itirdik - Qurban Qurbanov

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Maltaya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Publika.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

"Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik. Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdu. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm.

Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31