Raketqanı qıran tennisçiyə 17 min dollar cəza

Məşhur tennisçi Serena Uilyams 17 min dollar cəza alıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Açıq Tennis Birliyindən məlumat verilib.

Beləki amerikan tennisçi matç zamanı məşqçisindən məsləhət aldığı, hakimlə münaqişə yaşadığı və raketkasını qırdığına görə cəzalandırılıb.

Cinsi ayrı-seçkiliyə məruz qaldığı üçün cəza aldığını iddia edən 36 yaşlı tenniçiyə Qadınlar Tennis Birliyindən (WTA) dəstək gəlib.

Birlik tərəfindən verilən açıqlamada, matçlarda eyni davranışları nümayiş etdirən kişi tennisçilərin analoji cəzalara məruz qalmadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31