Gürcüstana yarışa gedən idmançımız qəzada öldü
8 Sentyabr 2018 01:51 İdmanTbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (23.03.1984) (52 kq) bir az bundan öncə maşın vurub. Modern.az xəbər verir ki, idmancımız zərbənin təsirindən hadisə yerində dunyasını dəyişib. Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.
Hal-hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.
modern.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31