Azərbaycanlı dünya çempionu tutuldu — SƏBƏB
7 Sentyabr 2018 14:40 İdmanKikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov həbs olunub.
İdmançının həbsinə səbəb qayınatasını vəhşicəsinə döyməsidir.
Belə ki, E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.
Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisidir. E.Məcidov Azərbaycan Kunq Fu Federasiyasının vitse-prezidentidir.
Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31