Silvio Berluskoni İtaliyada yeni klub alır
5 Sentyabr 2018 17:25 İdmanİtaliya təmsilçisi "Milan"ın sabiq prezidenti Silvio Berluskoni və əvvəlki vitse-prezident Adriano Qalliani yeni futbol klubu almaq üçün danışıq aparır.
Bu barədə şəxsi "Twitter" səhifəsində "Sky Sport"un jurnalisti Peppe Di Stefano yazıb. O, İtaliya C Seriyasında çıxış edən "Montsa" klubunun alışı üçün danışıq aparıldığını bildirib.
Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə "Milan"ın sahibi olub. O, apreldə gec-tez sabiq klubunu geri alacağını deyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31