Baş məşqçi həbsdən yaxa qurtardı
5 Sentyabr 2018 12:59 İdmanİspaniyada yaşadığı müddətdə vergidən yayınmaqda ittiham olunan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun məhkəmə işi başa çatıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 2011-2012-ci illərdə "Real"da çalışdığı müddətdə vergidən yayınmaqda ittiham edilirdi.
Məhkəmə qərarına əsasən, həbsdən yaxa qurtaran Mourinyo 670 min avro cərimə ödəyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31