“Onlar klubun şərəfi üçün mübarizə aparmırlar” – Messi

Lionel Messi "Mundo Departivo" nəşrinə maraqlı açıqlamalar verib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, argentinalı ulduz bildirib ki, bu il Avropanın ən güclüsü titulunu qazanmaları üçün komandanın yetərincə gücü var:

"Klublar Çempionlar Liqasında qələbə qazanmaq üçün böyük pullar xərcləyirlər. Bu isə tez-tez müasir oyunçuların düşüncəsinə təsir edir. İndi futbolçuları pul idarə edir. Onlar klubun şərəfi üçün mübarizə aparmırlar. Onlar üçün maliyyə komandanın hədəflərinə çatmasından daha vacibdir".

Messi 34 yaşında futbolu tərk edə biləcəyini qeyd edib: "Müqaviləm başa çatana qədər futbol oynayacağam. Daha sonra klub ilə danışacağıq və futbola davam edib-etməyəcəyimi düşünəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31