İslandiya–Estoniya oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək

FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb.

Azərbaycanlı referi sentyabrın 6-da futbol üzrə 21 yaşadək Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupu çərçivəsində keçiriləcək İslandiya-Estoniya oyununun baş hakimi olacaq. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31