“Barselona”nın oyununda 10 qol vuruldu
3 Sentyabr 2018 10:35 İdmanİspaniya La Liqasının III turunun Kataloniyada keçirilən "Barselona" - "Ueska" görüşündə on qol vurulub.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, görüş meydan sahiblərinin 8:2 hesablı qələbəsi ilə başa çatıb.
Baxmayaraq ki, üçüncü dəqiqədə hesabı qonaqlardan Xuan Kamilo Ernandes açıb. Bu görüşdə "Barselona"nın qollarını Lionel Messi, Luis Suares (hər ikisi iki qol vurub), Usman Dembele, İvan Rakitiç və Jordi Alba vurub. Daha bir qol qonaqların öz qapısına vurması nəticəsində gerçəkləşib.
Qeyd edək ki, "Barselona" doqquz xalla Madrid "Real"ı ilə birgə ilk sırada qərarlaşıb. "Ueska" isə dörd xalla XIII sıradadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31