Olimpiya məşəlinin yandırılma tarixi açıqlandı
2 Sentyabr 2018 01:27 İdmanYaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.
Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.
Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci ildə baş vermiş zəlzələ və sunami faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq.
Olimpiya məşəli Yaponiyada 121 gün gəzdiriləcək.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31