Joze Mourinyo istefaya göndərilə bilər
29 Avqust 2018 13:08 İdmanJoze Mourinyo İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçi postundan istefaya göndərilə bilər.
"Qırmızı şeytanlar" Premyer Liqanın IV turunda "Börnli" ilə səfər matçında uduzsa, 55 yaşlı mütəxəssisin müqaviləsinə birtərəfli qaydada xitam veriləcək.
Klubla 2020-ci ilin yayına qədər müqaviləsi olan portuqaliyalı baş məşqçinin, istefaya göndəriləcəyi təqdirdə, 13 milyon avro təzminat alacağı bildirilir.
Qeyd edək ki, 2016-cı ilin mayında "Mançester Yunayted"ə baş məşqçi təyin olunan Joze Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31