Meksika milli komandasına yeni baş məşqçi təyin olunub
28 Avqust 2018 12:38 İdmanRikardo Ferretti futbol üzrə Meksika milli komandasına baş məşqçi təyin olunub.
Braziliyalı mütəxəssis sentyabrdakı qarşılaşmalar zamanı yığmada baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək. Eyni zamanda "Tiqres"in sükanı arxasında yer alan Ferrettinin klubu ilə bütün detallar razılaşdırılıb. 64 yaşlı baş məşqçi sentyabrın 8-də Uruqvay, sentyabrın 12-də isə ABŞ-la görüşlərdə milliyə rəhbərlik edəcək.
Qeyd edək ki, Rikardo Ferretti Meksika yığmasında 2015-ci ildə də çalışıb. Həmin vaxt da o, baş məşqçi səlahiyyətlərini icra edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31