İngiltərə Premyer Liqası: "Çelsi" klubu oyunun sonuna üç dəqiqə qalmış qələbə topunu vurub

İngiltərə Premyer Liqasının üçüncü turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, üçüncü turun son oyununda "Nyukasl" "Çelsi" klubunu qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Londonluların heyətində Eden Hazard (onbirmetrlik), Deandre Yedlin (avtoqol), meydan sahiblərinə isə Coselu fərqləniblər.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Votford" - "Kristal Palas" - 2:1

"Fulhem" - "Barnli" - 4:2

"Volverhemton" - "Mançester Siti" - 1:1

"Bornmut" - "Everton" - 2:2

"Southampton" - "Lester" - 1:2

"Huddersfield" - "Kardiff Siti" - 0:0

"Arsenal" - "Vest-Ham" - 3:1

"Liverpul" - "Brayton" - 1:0

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31