“Yuventus”un maaş cədvəli - Ronaldo nə qədər qazanır?
24 Avqust 2018 13:51 İdman"Declare Var Not War" "Yuventus" klubunda futbolçuların maaş cədvəlini açıqlayıb.
Olaylar.az komanda.az-a istinadən xəbər verir ki, ötən mövsümə nisbətən, bu mövsüm maaş cədvəlində xeyli artım olub. "Yuve" 2017/18 mövsümündə futbolçulara 155 milyon avro ödəyib. Bu il isə rəqəm 199 milyon avroya yüksəlib.
Ötən mövsüm "Yuve"nin heyətində ən ödənişli futbolçu Qonsalo İquayn olub - 13,9 milyon avro. Yeni mövsümdə isə bu status Kriştianu Ronalduya məxsusdur - 55,5 milyon avro.
Yenidən "Yuventus"a qayıdan Leonardo Bonuççinin məvacibi 10,2 milyon avrodur. Klubla yeni müqavilə imzalayan Miralem Pyaniçin məvacibi isə 8,3 milyondan 12 milyon avroya qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31