“Qarabağ”da ciddi itki i Məşqdə zədələndi
23 Avqust 2018 15:17 İdman"Qarabağ"ın əsas qapıçısı Hannes Halldoursson bu axşam keçiriləcək "Şerif" - "Qarabağ" görüşündə iştirak edə bilməyəcək.
Olaylar.az Sport24.az-a istinadən xəbər verir ki, İslandiya yığmasının qapıçısı dünən axşam baş tutan məşqdə qasığ nahiyəsində əzələsini dartıb.
Bu səbəbdən də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionunun çərçivəsini Vaqner da Silva qoruyacaq.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31