Milli Paralimpiya Komitəsi Gəncədə regional bölmə yaratdı
20 Avqust 2018 11:42 İdmanMilli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə Regionlarda Paralimpiya hərəkatının sürətli inkişafını və seleksiya işlərinin aparılmasını təmin etmək, həmçinin paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirmək məqsədi ilə Gəncə şəhərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsi yaradıb.
Bölmə Gəncə şəhəri də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcəkdir.
Paralimpiya çempionu Ramil Qasımov ictimai əsaslarla Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Gəncə regional bölməsinin müdiri vəzifəsinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31