Poqbanın "Barselona" israrı

"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Barselona"ya keçməkdə israrlıdır.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun  fransalı yarımmüdafiəçini komandanın kapitanı etməsinə baxmayaraq, tərəflər arasında münasibətin hələ də yaxşı olmadığı bildirilb. Buna görə "MY"da qalmaq istəməyən P.Poqba İspaniyada yay transfer pəncərəsi bağlanana qədər (avqustun sonu) Kataloniya təmsilçisi ilə müqavilə imzalamaq istəyir. 

Ancaq İngiltərə klubunun onu satmağı düşünmədiyi vurğulanıb.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31