"Arsenal"ın futbolçusu Loran Koselninin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
Fransalı müdafiəçi noyabrda məşqlərə qayıdacaq və matçlarda iştirak edə biləcək.
Qeyd edək ki, L.Koselni ötən mövsüm Avroliqanın yarımfinalında "Atletiko" ilə oyunda zədələnib. Bu səbəbdən o, DÇ-2018-i buraxıb.
Əlavə edək ki, London klubunun yeni kapitanı L.Koselni seçilib.
Qol.az