Zabit Səmədov sabah fransız rəqibi ilə növbəti döyüşünə çıxacaq

Azərbaycanın K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Zabit Səmədov növbəti döyüşündə muay-tay üzrə Fransa çempionu Bris Quidon ilə qarşılaşacaq.

Avqustun 16-da Qroznıda Çeçenistan Respublikasının birinci prezidenti Hacı Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq üzrə turnir keçiriləcək.

Zabit Səmədovun rəqibi fransalı K-1 döyüşçüsü, 1.98 metr boya malik Bris Quidon olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31