Almanlar Məsut Özili geri çağırır
15 Avqust 2018 16:38 İdmanAlmaniya millisindəki çıxışını başa vurduğunu açıqlayan Məsut Özilə yığmadakı komanda yoldaşı çağırış edib.
"Leypsiq"in formasını geyinən Timo Verner türk əsilli futbolçunu geri dönməyə çağırıb.
"Məsut Özilin yığmadan belə ayrılması böyük ayıbdır. Geri dönsə, komandanın böyük əksəriyyəti xoşbəxt olacaq. O, komandada böyük fərq yarada biləcək futbolçudur" deyə Verner bildirib.
Qeyd edək ki, "DÇ-2018″dən sonra irqçi hücumlara məruz qalan Məsut Özil milli karyerasını bitirdiyini açıqlayıb.
Minval.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31