Azərbaycan yığması "Qarabağ"ı BATE ilə səfər oyununda dəstəkləyəcək

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması "Qarabağ"ın Belarusda BATE ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu izləyəcək. 

Minskdə təlim-məşq toplanışında olan komanda bugünkü görüş vaxtı "Borisov Arena"da olacaq. 

Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim məşq toplanışı çərçivəsində belaruslu həmyaşıdlarını hər iki oyunda 1:0 hesabı ilə məğlub edib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31