Mario Mancukiç Xorvatiya milli komandasındakı karyerasını başa vurub
14 Avqust 2018 18:35 İdmanİtaliyanın "Yuventus" klubunun futbolçusu Mario Mancukiç Xorvatiya milli komandasındakı karyerasını başa vurub.
Bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb. 32 yaşlı hücumçu rəsmi sayta açıqlamasında bunları söyləyib: Heç kəs ideal deyil. Mən meydanda top itirdim, amma özümü meydana verdim. Mənim və komandanın yanında olan azarkeşlərə təşəkkür edirəm".
Qeyd edək ki, Mario Mancukiç 2007-ci ildən çıxış etdiyi Xorvatiya yığmasının bombardirləri siyahısında 33 qolla ikinci pillədə qərarlaşıb. Birinci pillədə isə 45 topla Davor Şuker yer alıb. Mancukiç həm də 2018-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31