Məhəmməd Salah polis tərəfindən cəzalandırıla bilər

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah cəzalandırıla bilər. 

Səbəb 26 yaşlı misirli yarımmüdafiəçinin avtomobil idarə edərkən mobil telefondan istifadə etməsidir.

İngiltərə polisi bildirib ki, Salahın avtomobildə telefondan istifadə etdiyi anın video görüntüsü mövcuddur. Videoda oyunçu avtomobillə hərəkət edir və onun ətrafında çoxlu sayda azarkeş, həmçinin uşaqlar da var. 

"Liverpul" nümayəndəsi də polisə video göndərilməsi barədə məlumatı təsdiqləyib. Klub nümayəndəsi bildirib ki, nə klubun, nə də futbolçunun bu hadisə ilə bağlı şərhi olacaq. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31