BATE - "Qarabağ" matçında anşlaq olacaq
14 Avqust 2018 11:22 İdman"Qarabağ" komandasının Belarusda BATE ilə keçirəcəyi futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda anşlaq olacaq.
"Borisov Arena"dakı oyun üçün azarkeşlər indiyədək 13121 bilet alıb. Qalan 1500 biletin də oyun saatına qədər satılacağı gözlənilir.
Qeyd edək ki, bu gün keçiriləcək BATE - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matç Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31