Azərbayca Premyer Liqası: "Qəbələ"dən 3, "Sabah"dan 1 qol

Bu gün Topaz Premyer Liqada birinci turun daha iki oyunu keçirilib.

Olaylar.az Qaynarinfo-a istinaden xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edib. "Qırmızı-qaralar" darmadağına sevinib - 3:0.

Turun digər görüşündə Topaz Premyer Liqanın debütantı "Sabah" "Keşlə"nin qonağı olub. Debütant debüt matçında minimal hesablı qələbə qazanıb - 1:0.

Qeyd edək ki, avqustun 10-u nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb. Turun ilk oyununda isə "Neftçi" "Sumqayıt"a qalib gəlib - 2:0. 

12 avqust

Qəbələ - Səbail 3:0

Qol: Asif Məmmədov, 21. Ürfan Abbasov, 63. Ceyms Aseniyi, 81.

Keşlə - Sabah 0:1

Qol: Marko Deviç, 45+2-pen.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31