Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
9 Avqust 2018 17:44 İdmanUEFA Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Yekun siyahıya 3 oyunçunun adı daxil edilib. Bunlar Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Dmitri Payet və İspaniya "Atletiko"sunun üzvləri - hücumçu Antuan Qrizmannla müdafiəçi Dieqo Qodindir.
Qeyd edək ki, qalib avqustun 31-də Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində elan olunacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31