Basketbol topunu təyyarədən düz səbətin içinə atdı - VİDEO
9 Avqust 2018 13:55 İdmanABŞ-ın "Harlem Qlobtrotters" basketbol komandasının üzvü Bull Bullard topu səbətə birbaşa təyyarədən atıb.
Olaylar.az xəbər "Report"a istinadən xəbər verir ki, bu barədə "Zvezda TV" məlumat yayıb.
Yayılmış videoda basketbolçunun ikiyerlik monoplanda pilotun arxasında əyləşdiyi görünür. Təyyarə havaya qalxıb şəhər üzərində dövrə vurduqdan sonra səbətə tərəf yaxınlaşır və təxminən, 110 km/saat sürətlə hərəkət edərkən Bullar sərrast atışla topu eniş zolağında quraşdırılmış səbətə atır.
Qeyd edək ki, "Harlem Qlobtrotters" komandası öz qeyri-adi tryukları ilə məşhurdur. Komandanın oyunçuları topu səbətə "Meddison Skver Qarden"in ən yüksək nöqtəsindən, "Alkatras" həbsxanasından və hətta ABŞ-ın ən yüksək dağlarından atıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31