Kiyev "Dinamo"sunun qapıçısını oyun zamanı arı sancıb
8 Avqust 2018 13:36 İdmanUkraynanın "Dinamo" komandasının qapıçısı Denis Boykonu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Slaviya" kollektivi ilə oyun zamanı arı sancıb.
Bu barədə Kiyev təmsilçisinin baş məşqçisi Aleksandr Xatskeviç bildirib. O, isti hava şəraitindən də şikayətlənib: "Həttə oturmaq belə çətin idi. Hava şəraiti hər iki komanda üçün eynidir. Bizim oyunçular hərəkət baxımından dözdülər".
Qeyd edək ki, Praqada baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31