Rəşad Sadıqov illər öncə Yuqoslaviya bayrağı daşıyarkən - VİDEO

Millimizin sabiq futbolçusu, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov iyirmi il əvvəl Fransadakı dünya çempionatında iştirak edib.

Oxu.Az xəbər verir ki, o, FIFA-nın baş sponsorlarından olan "Coca-Cola" şirkətinin Azərbaycanda keçirdiyi turnirin ən yaxşı oyunçusu kimi 1998-ci ildəki mundialı izləmək imkanı əldə edib.

Həmin vaxt yeniyetmələrdən ibarət millimizin üzvü olan Rəşad Sadıqov və Əli Baytalov adlı gənc dünya çempionatının F qrupunda keçirilmiş ABŞ - Yuqoslaviya matçında iştirak ediblər.

Onlar "CocaCola"nın layihəsi çərçivəsində sabiq Yuqoslaviyanın bayrağını meydana çıxarıblar.

Qeyd edək ki, videonu AzTV-nin sabiq idman jurnalisti Elnur Əşrəfoğluyayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31