Atletika üzrə Avropa Çempionatı başlayır

Avqustun 6-12-i tarixlərində Almaniyanın Berlin şəhərində Atletika üzrə Avropa Çempionatı keçiriləcək.  Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Atletika üzrə Azərbaycan yığma komandası bu yarışlarda 3 idmançı ilə təmsil olunacaq.  İdmançılardan Nazim Babayev və Aleksis Kopello üç təkanla tullanma növündə, Anna Skidan isə Çəkic atma yarışlarında çıxış edəcəklər. İdmançılarla yanaşı onların məşqçiləri, Ziyad Xəlfəyev və Artyom Rubanko da Berlinə yollanacaqlar. Azərbaycan Atletika Federasiyasının rəhbərliyindən federasiyanın prezidenti, cənab Çingiz Hüseynzadə, Baş Katibi, cənab Məhərrəm Sultanzadə  Berlinə səfər edəcəklər. Onlar, Avropa Çempionatı zamanı, Avropa Atletika Assosiyasının və Beynəlxalq Atletika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirəcəklər .

Qeyd edək ki, üç təkanla tullanma və çəkic atma növlərində təsnifat mərhələləri 10 avqust, Final mərhələsi isə 12 avqust tarixində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31