“Qarabağ” üçün arzuolunmaz rəqib - Püşkatma oldu+Yenilənib

Bu gün avrokuboklarda pley-off mərhələsinin püşkü atılacaq

Olaylar.az "Qafqazinfo"ya isitnadən xəbər verir ki, Bakı vaxtilə saat 14:00-da başlayacaq mərasimdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək. 

Qurban Qurbanovun komandası III təsnifat mərhələsində BATE səddini keçəcəyi təqdirdə, "səpələnməmişlər" səbətində yer alacaq. Bu halda təmsilçimiz pley-off-un püşkü zamanı səpələnmişlər səbətində yer alan PSV (Hollandiya), həmçinin "Zalsburq" (Avstriya) - "Şkendiya" (Makedoniya), "Seltik" (Şotlandiya) - AEK ("Yunanıstan), "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütlüklərinin qaliblərindən biri ilə düşə bilər

Çempionlar Liqası, pley-off mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər

"Zalsburq" (Avstriya) / "Şkendiya" (Makedoniya) cütünün qalibi

PSV (Hollandiya)

"Seltik" (Şotlandiya) / AEK (Afina, Yunanıstan) cütünün qalibi

"Astana" (Qazaxıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün qalibi

"Yanq Boyz" (İsveçrə)

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) cütünün qalibi

Liqa Yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə) cütünün qalibi

"Slaviya" (Praqa, Çexiya) / "Dinamo" (Kiyev, Ukrayna) cütünün qalibi

Səpələnməmişlər

"Standard" (Belçika) / "Ayaks" (Hollandiya) cütünün qalibi

PAOK (Yunanıstan) / "Spartak" (Moskva, Rusiya) cütünün qalibi

Qeyd edək ki, ÇL-də pley-off-un ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.

Bu gün eyni zamanda Avropa Liqasının pley-off mərhələsinin püşkü olacaq. "Qarabağ" - BATE cütündəki məğlub komanda mübarizəni məhz turnirdə davam etdirəcəyindən potensial rəqibini indidən biləcək. Avropa Liqasının Çempionlar Yolunda "səpələnmişlər" səbətində yer alacaq bu cüt aşağıdakı 4 cütlükdən biri ilə üz-üzə gələcək:

Səpələnmişlər

"Malmö" (İsveç) / "Videoton" (Macarıstan) cütünün məğlubu

"Seltik" (Şotlandiya) / AEK (Yunanıstan) cütünün məğlubu

"Qarabağ" (Azərbaycan) / BATE (Belarus) cütünün məğlubu

"Ludoqorets" (Bolqarıstan) / "Zrinski" (Bosniya və Herseqovina) cütünün məğlubu

Səpələnməmişlər

"Şerif" (Moldova) / "Valür" (İslandiya) cütünün məğlubu

"Spartak" (Yurmala, Latviya) / "Suduva" (Litva) cütünün məğlubu

TNS (Uels) / Mityulland" (Danimarka) cütünün məğlubu

"Torpedo" (Kutaisi, Gürcüstan) / "Kukesi" (Albaniya) cütünün məğlubu

Qeyd edək ki, Avropa Liqasında pley-off matçları oyunlar avqustun 23-də və 30-da keçiriləcək.

***

Bakı vaxtı ilə saat 14:00-da başlayan püşkatma mərasimində Çempionlar Liqasında çıxış edən "Qarabağ" - BATE cütünün də potensial rəqibi müəyyənləşib 

Belə ki, bu turnirdə BATE səddini keçsə, Qurban Qurbanovun komandası ən arzuolunmaz rəqiblə qarşılaşacaq. Bu, Hollandiya vitse-çempionu PSV-di. Püşkə görə ilk matçda "Qarabağ" meydan sahibi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31