Ronaldunun futbolkasının satışı 6,5 milyon avro qazandırdı
6 Avqust 2018 07:43 İdmanİtaliyanın "Yuventus" klubu komandanın yeni ulduz futbolçusu Kriştiano Ronaldunun futbolkalarının satışından 6,5 milyon avro gəlir əldə edib.
"Report bildirir ki, bu barədə kluba istinadən "Tuttosport" nəşri məlumat yayıb.
Bildirilir ki, iyulun 10-dan avqustun 5-dək "Yuventus" portuqaliyalının 55 min futbolkasını satıb.
Bununla belə, məşhur futbolçunun adı yazılan növbəti futbolka partiyası satışa sentyabrın sonlarında çıxarılacaq.
Ronaldu "Real"dan "Yuventus"a iyul ayında 117 mln. avroya transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31