Qurban Qurbanov: "Meydanda istədiklərimizi edə bildik"

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ" alban rəqibi "Kukes"i məğlubiyyətə uğradıb.

Olaylar.az xəbər verir ki, 2 oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" nöbəti mərhələyə vəsiqə qazanıb.

Cavab matçından sonra keçirilən mətbuat konfransında çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu sözləri deyib:

"Azarkeşlərimizə təşəkkür edirəm. Qarşılaşmaya xüsusi rəng qatdılar. Oyuna görə futbolçularmızı təbrik edirəm. Meydanda istədiklərimizi edə bildik. Düzdür, bizim üçün çətin oyun oldu. Hər halda, biz qalib gəldik və növbəti mərhələyə adladıq. Artıq növbəti oyun haqda düşünməliyik. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, düzgün hazırlıq prosesi keçməyə, rəqibimizi qiymətləndirməyə çalışacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31