On yaşlı üzgüçü Maykl Felpsə məxsus rekordu qırıb

ABŞ-da 10 yaşlı üzgüçü Klark Kent Apuada 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.

ABŞ-da 10 yaşlı üzgüçü Klark Kent Apuada 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.

Yeniyetmə idmançı Kaliforniyada 100 metr məsafəyə batterflay yarışında 1 dəqiqə 09,38 saniyə göstərici ilə 23 illik rekordu yeniləyib. Felps bu yaşda öz rekordunu 1995-ci ildə müəyyənləşdirib - 1 dəqiqə 10,48 saniyə.

Qeyd edək ki, ABŞ idmançısı olan Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31