"Barselona"nın futbolçusu İngiltərə klubuna keçib

İngiltərənin "Everton" klubu İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Lyuka Dini heyətinə qatıb. 

25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək. 

Xarici mətbuatda  "Everton"un fransalı futbolçu üçün Kataloniya təmsilçisinə 20 milyon avro ödədiyi bildirilir. 

Qeyd edək ki, Lyuka Din 2016-cı ildən "Barselona"da çıxış edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31