İngiltərə klubunun qapıçısı xəstəliyə görə karyerasını başa vurub

İngiltərənin "Vulverhempton" klubunun qapıçısı Karl İkeme futbolçu karyerasını başa vurub. 

Buna səbəb 32 yaşlı qolkiperin leykemiya xəstəliyindən əziyyət çəkməsi olub. 

Xəstəlik nigeriyalı oyunçuda 2017-ci ilin iyul ayında aşkarlanıb. O, karyerasını bitirmək barədə qərarı həkimlərlə məsləhətləşdikdən sonra qəbul edib.

Qeyd edək ki, Karl İkeme "Vulverhempton" klubunun yetirməsidir. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31