Fransız nəhəngi avro kuboklardan uzaqlaşdırıla bilər
26 İyul 2018 14:53 İdmanFransanın "Marsel" klubuna UEFA tərəfindən xəbərdarlıq edilib. Buna səbəb klub azarkeşlərinin keçən ilki davranışları olub.
Fransız klubu keçən il avroliqada final mərhələsinə qədər irəliləyə bilib. Lakin finalda "Atletiko Madrid" klubuna məğlub olub. Həmin oyunda və oyundan sonra "Marsel" klubunun azarkeşləri xuliqanlıq ediblər.
Bu səbəblərdən də klub avropa kuboklarından uzaqlaşdırılma cəzası ilə üz-üzədir.
Hələlik, klub gələn il oyunlarının bəzilərində azarkeş qəbul etməyəcək. Bütün bu oyunlardan sonra xoşa gəlməz hadisələr yaşanmaması halında komanda bu cəza ilə üzləşməyəcək.
Tamerlan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31