Yaponiya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Yaponiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Bu posta ölkənin gənclərdən ibarət yığmasına rəhbərlik edən Hadzime Moriyasu təyin olunub. 49 yaşlı mütəxəssisin hər iki kollekivin baş məşqçisi olacağı bildirilir.

Qeyd edək ki, Yaponiya millisi Akiro Nisinonun rəhbərliyi altında Rusiyada keçirilən 2018-ci il dünya çempionatının 1/8 finalında Belçika yığmasına uduzub - 2:3.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31