Sinqapurda Özili cangüdən ordusu qorudu

Londonun "Arsenal" klubunun ulduz futbolçusu Məsud Özil komandası ilə birlikdə turnirdə iştirak etmək üçün Sinqapura səfər edib.

Səfər çərçivəsində azarkeşlər üçün təşkil olunan tədbirin sonunda Məsud Özilin ətrafındakı cangüdənlərin çoxluğu diqqətdən yayınmayıb. Ulduz futbolçunu bir tərəfdən klubun cangüdənləri, digər tərəfdən isə yerli təhlükəsizlik əməkdaşları mühasirəyə alıb.

Almaniya millisindən ayrılmaq qərarından sonra ilk dəfə mətbuat nümayəndələri qarşısına çıxan Özil turnir və komandanın yeni baş məşqçisi barədə danışsa da, Almaniya millisindən getməsi məsələsini dilə gətirməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31