Stolüstü tennisçilərimiz Vətənə çempion kimi qayıtdılar

14-24 iyul tarixlərində Ruminyada təşkil olunan, 44 Avropa ölkəsindən 42 kişi və 39 qadın komandasınıniştirak etdiyi gənclərin Avropa Çempionatı başa çatıb.

"Olaylar" xəbər verir ki, stolüstü tennisçilərimiz çempionatda 2 qızıl  və 2 gümüş medal qazanıblar. Belə ki, Azərbaycanın qızlardan ibarət yığması komanda hesabında I yer tutaraq  qızıl medalın, qoşa oyunlarında isə oğlan və qız idmançılarımız II yer tutaraq gümüş medalın sahibi olublar. Şəxsi oyunlarda Azərbaycan stolüstü tennisçisi Ning Jing I yer tutaraq ikinci dəfə gənclərin Avropa çempionu titulunu qoruyub. Qeyd edək ki, bu, tennisçilərimizin indiyədək göstərdiyi ən yüksək nəticədir. Stolüstü tennisçilərimiz bu gün səhər Vətənə qayıdıblar.  Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan yığmasını Stolüstü Tennis Federasiyanının nümayəndələri, idmansevərlər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31