Serbiyalı məşqçi "Keşlə"də

Bu gün "Keşlə" futbol klubunun Müşahidə Şurasının iclası keçirilib.

Gündəlikdəki məsələnin müzakirəsindən sonra "Keşlə"nin baş məşqçi vəzifəsinə Mladen Milinkoviçin təyin olunması barədə qərar qəbul olunub.

İclasda digər məsələlər barədə də müzakirələr aparılıb.

Qeyd edək ki, serbiyalı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31