"Real Madrid" ukraynalı qapıçı transfer edib

İspaniyanın "Real Madrid" klubu Ukrayna təmsilçisi "Zarya"nın qapıçısı Andrey Lunini heyətinə qatıb. 

Madridlilər 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır. 

İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.

Qeyd edək ki, Lunin 2 dəfə Ukrayna yığmasının formasını geyinib. O, daha əvvəl "Dnepr"də də çıxış edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31