"Qarabağ"ın potensial rəqibləri məlum oldu

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, "Qarabağ" - "Kukesi" (Albaniya) cütünün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Üçüncü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqust, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

Bu gün, həmçinin Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Əgər "Qarabağ" "Kukesi" səddini keçə bilməsə, aşağıdakı 9 komandadan birinə rəqib olacaq:

TNS (Uels) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
"Torpedo" (Kutaisi, Gürcüstan) - "Vikinqur" (Farer adaları) cütünün qalibi
"Spartak" (Latviya) - "La Fiorita" (San-Marino) cütünün qalibi
APOEL (Kipr) - "Flora" (Estoniya) cütünün qalibi
"Kork Siti" (İrlandiya)

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31