"Roma"dan "Qalatasaray"a transfer
23 İyul 2018 10:33 İdman"Qalatasaray" "Roma"nın futbolçusunu transfer edir.Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İstanbul klubu Xuan Xesusu heyətinə qatır.Qəzet "Roma"nın idman direktoru Monçinin "qara siyahı"ya saldığı braziliyalı stoperin "Qalatasaray"a icarəyə veriləcəyini yazıb.Qeyd edək ki, "Roma" Xesusu 2017-ci ilin yayında "İnter"dən 10 milyon avroya alıb. 27 yaşlı müdafiəçi ötən mövsüm 29 rəsmi oyuna çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31