“Milan” klubu avrokuboklarda iştirak edə biləcək

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İtaliyanın "Milan" klubunun 2019/2020-ci il mövsümündə Avropa Liqasına qatılmamaq qərarını ləğv edib.

İyunun 27-də UEFA "Milan"nın "fair-play" qaydalarını pozduğuna görə, 2019/2020-ci il mövsümündə Avropa Liqasında iştirakına qadağa qoymuşdu. Bu qərara etiraz olaraq klub rəhbərliyi dərhal CAS-a müraciət edəcəyini açıqlamışdı.

Apellyasiya şikayətinin araşdırılması zamanı CAS UEFA-ya qərarını bir daha nəzərdən keçirməyinə dair sərəncam imzalayıb.

UEFA-nın iddiasına görə, "Milan"ın əsas problemi ötən il İtaliyanın sabiq baş naziri Silvio Berluskoni və çinli iş adamı Li Yongho arasında klubun alqı-satqısı zamanı baş verib.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31