Arsen Venger “Arsenal”-daki ən böyük səhvini açıqladı

Fransız baş məşqçi 22 il "Arsenal"-a baş məşqçilik etdikdən sonra bu il komandanı tərk etməli oldu.

Bu illər ərzində kluba baxımlı oynamağı öyrədən Arsen Venger son illər azarkeşlər tərəfindən fitə basılırdı.

"RTL"-ə müsahibəsində "Arsenal"-dakı ən böyük səhvini açıqlayıb: "Mən öz ambisiyamım qurbanı olmuşam. Eyni klubda 22 il qalmağım yəqin ən böyük səhvim olub".

Qeyd edək ki, Arsen Venger bu 22 il ərzində 3 dəfə Premer Liqanın qalibi ola bilib. Bundan başqa onun komandası 2006-cı ildə Çempionlar liqasının finalına qədər irəliləyə bilib, lakin "Barselona"-ya finalda uduzub.

Minval.İnfo 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31